Bakıda HƏYƏCANLI ANLAR: 16 MƏRTƏBƏLİ BİNA YANDI
Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın baş verib. Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında inşa olunan binada tamamlanma işləri bitsə də, hələ istifadəyə verilməyib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzovun sözlərinə görə, yanğın barədə məlumat daxil olan kimi dərhal hadisə yerinə Nəsimi, Səbayel və Yasamal Binəqədi rayon Yanğından Mühafizə hissələrinin, eləcə də Bakı qarnizonunun şəxsi heyəti cəlb edilib.
Əkbər Novruzov FHN-nin qərargah rəisi
APA TV-nin xəbərinə görə, yanğının mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.