Timoşenkonun qızı: "Anam artıq AZAD İNSANDIR"

Ukrayna Ali Radası ölkənin üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar sabiq baş nazir Yuliya Timoşenkonun azadlığa buraxılması barədə qərar qəbul edib. Millət vəkilləri "Ukrayna barədə Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, Yuliya Timoşenkonun azad edilməsi ilə bağlı" qərarı qəbul ediblər. APA TV-nin xəbərinə görə, bU qərarın lehinə 322 millət vəkili səs verib. Yuliya Timoşenkonun qızı Yevqeniya Timoşenko bildirib ki, fevralın anasının görmək üçün onun saxlandığı Xarkovdakı həbsxanaya gedir: "Hazırda rada tərəfindən qəbul olunan qanuna görə, anam azad insan sayılır".

Timoşenko 2011-ci ilin oktyabrında 7 il həbs cəzasına məhkum edilib. O, 2009-cu ildə Rusiya ilə qaz müqavilələri imzalanarkən səlahiyyət həddini aşmaqda ittiham olunurdu. Sabiq baş nazir 2011-ci ilin dekabrından bəri Xarkovdakı Kaçanovsk həbsxanasında saxlanılır.

Bundan əlavə Ali Radanın iclasında millət vəkilləri vəzifəsindən azad edilən Ukrayna daxili işlər naziri Vitaliy Zaxarçenkonu Arsena Avakovla əvəz edib.

Müəllif | Apa.Tv