Qarşıdakı günlərin hava proqnozu

Yaxın iki gün ərzində fevralın 24 və 25-də ölkə ərazisində hava şəraiti nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcək. Paytaxta mülayim cənub şərq küləyi əsəcək arabir güclənəcək. Havanın temperaturu günota saatlarında 7-10 dərəcəyədək isti müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometreologiya deportamentindən verilən məlumata görə, Bölgələrdə 24 -ü gecə və səhər saatlarında bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. 25-də isə əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu günorta saatlarında mərkəzi aran rayonlarında 10-15  dərəcə isti dağlarda isə günorta saatlarında 0-5 dərəcə isti müşahidə olunacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova