Bakıda bina yandı, sakinlər evakuasiya edildi

Dünən axşam Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi, eləcə də, təcili tibbi yardım briqadaları cəlb edilib. Yanğın nəticəsində yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mebel evinin asma tavanı 60 kv.m sahədə, 1-ci mərtəbənin girişində 14 ədəd elektrik sayğacı və binanın 1-ci mərtəbəsindən 10-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri yanıb. Yanğınsöndürənlər ikisi azyaşlı olmaqla 6 bina sakinini təxliyə ediblər. Yanğın söndürülüb, mebel evinin, elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

 

Müəllif | Apa.Tv