Rusları "döydük"

Quba Olimpiya İdman Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turunda Azərbaycanın "Baku Fires" klubu Rusiya komandası ilə qarşılaşıb. APA TV-nin şimal bürosunun məlumatına görə, ev qarşılaşmasında komandamız qələbə qazanıb. “Baku Fires” komandası Rusiya kollektivini 3:2 hesabı ilə məğlub edib. Qarşılaşmanın ilk döyüşündə komandamızın üzvü 49 kq. çəki dərəcəsində mübarizə aparan Xamza Nametov Bator Saqaluyevi məğlub edib. Hakimlərin qərarına əsasən, Xamza Nametov 2:1 hesabı ilə qalib gəlib. 56 kq. çəkidə Məhəmməd Qurbanov Nikita Fedorçenko ilə üz-üzə gəlib və üstün tərəf olub. 64 kq. çəki dərəcəsində döyüş Heybətulla Hacəliyevlə  Maksim Dadaşev arasında keçirilib. Bu döyüşdə Rusiya idmançısı üstün olub. 75 kq. çəki dərəcəsində isə Nikolay Veselov-Pyotr Xamukbov qarşılaşmasında rusiyalı idmançı 0:3 hesabı ilə qalib gələrək hesabı bərabərləşdirib. Sonuncu həlledici döyüşdə isə 91 kq. çəkidə bokçumuz Abdulqadir Abdullayev Aleksey Yeqorovu məğlub edərək “Baku Fires”ə qələbə qazandırıb.

 

Müəllif | Apa.Tv
Vəli Turan