Avromeydan fəalları azadlıqda

Ukrayna qanunvericiliyinə uyğun olaraq Aleksandr Turçinov prezident səlahiyyətlərini icra etməyə başlayacaq.

APA TV-nin xəbərinə görə, Ali Rada fevralın 22-də onu parlamentin spikeri elan edib və daha sonra Viktor Yanukoviçin prezidentlik postundan kənarlaşdırılması ilə bağlı səsvermə keçirib.

Ukraynada hazırda baş nazir olmadığından dövlət başçısı səlahiyyətlərinin icrası Ali Radanın sədrinə keçib. Aleksandr Turçinov bəyan edib ki, hazırda Ukraynada legitim hakimiyyət ölkə parlamentidir: "Bu gün Ali Radanın normal işini bərpa etməsi çox vacibdir. Parlamentin rəhbəri var və qarşıda duran əsas məsələ bütün dövlət orqanlarının fəaliyyətinin bərpa edilməsidir."

Hazırda daxili işlər naziri vəzifəsini icra edən Arsen Avakov 19 fevraldan bu yana həbs edilmiş bütün aksiya iştirakçılarının azadlığa çıxması ilə bağlı qərar qəbul edib.

Ümumilikdə 64 nəfərin azadlığa buraxılması planlaşdırılıb.

Müəllif | Apa.Tv