Ukraynada baş nazir postuna namizədlər açıqlandı

Fevralın 23-ü axşama kimi Ukraynada baş nazir seçilə bilər. Bu barədə Ukraynada jurnalistlərə açıqlama verən deputat Nikolay Tomenko deyib. O Batkıvşina, Azadlıq və UDAR partiyalarının deputatlarından ibarət fraksiyanın qurulduğu halda bu seçkinin baş tutacağını qeyd edib. Deputat həmçinin baş nazir postuna Yuliya Timoşenko, Aseniy Yatsenyuk və Petr Poroçenkonun namizədliyinin nəzərdən keçirildiyini deyib.

 

Müəllif | Apa.Tv