Ukrayna müxalifəti: DÖVLƏT TELEKANALLARI BAĞLANSIN!
Ukrayna Ali Radasında "Azadlıq" partiyasını təmsil edən deputatlar bəzi dövlət telekanallarının bağlanmasını tələb edirlər. Deputatlar həmin telekanalları Avropa konvensiyasını imzalamamaqda, yayımlanan informasiya və müəllif verilişilərində xalqa düzgün məlumat verməməkdə, separat çağırışlar etməkdə günahlandırılar. Bildirilir ki, bu telekanallar dinc aksiyalar keçirilən bəzi KİV-lərin nümayəndələrini və sıravi vətəndaşları terrorist və ekstremist adlandırırlar. Bu da Ukrayna xalqı tərəfindən hiddətlə qarşılanır. Parlament həmçinin, Viktor Yanukoviçin öz rəyi ilə vəzifəsindən getdiyini və onun prezident kimi konstitusion hüquqlarına xitam verilməsi haqqında qərar qəbul edərək növbədənkənar seçkilər keçirilməsini vacib sayıb. Bu arada Xarkovda olan Viktor Yanukoviç jurnalistlərin qarşısına çıxıb. O, bəyan edib ki, ölkənin demokratik yolla seçilmiş prezidentidir və istefaya getmək haqda düşünmür. O, müxalifətin bu hərəkətlərini dövlət çevrilişi, çıxarılan qərarları isə qanunsuz adlandırıb.