Braziliyalılar dünya çempionatına etiraz edir

Braziliyanın San-Paulo şəhərində bu il keçiriləcək futbol üzrə dünya çempionatına etiraz aksiyası keçirilib. Etirazçıları dövlət orqanlarında vəziyyətin acınacaqlı olduğu bir vaxtda bu idman tədbirinin təşkili üçün milyard dollarlarla vəsaitin xərclənməsi hiddətləndirib. Etiraz aksiyası əvvəl dinc şəkildə keçirilib, lakin "Qara Blok" Anaxiya Qrupunun tərəfdarları bankların binasına və onlara qarşı gözyaşardıcı qaz və  səs qumbarası istifadə edən polisə hücum ediblər. Nəticədə 120 etirazçı saxlanılıb. Ötən ildən dünya çempionatına qarşı keçirilən aksiyalarda ümumilikdə 7 nəfər həyatını itirib.

 

Müəllif | Apa.Tv