"Jiquli" sərnişin avtobusu ilə toqquşdu: ÖLƏN VAR

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA -TV-yə verilən məlumata görə, hadisə  şəhərin Məhsəti qəsəbəsi ərazisində baş verib. Şəhər sakini 28 yaşlı Elşad Məmmədova məxsus "VAZ 2106” markalı avotmobillə Vasif Məmmədovun idarə etdiyi “İsuzu” markalı  sərnişin avtobusu toqquşub. Nəticədə “VAZ-2106”-ın sürücüsü 28 yaşlı Elşad Məmmədov hadisə yerində ölüb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri təhlükəsizlik qaydalarına uyğun olaraq, xüsusi alət və avadanlıqlarla avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində aparşdırma aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq. İlkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli