AVRO 2016: Azərbaycan "ÖLÜM QRUPU"NA DÜŞDÜ

Fevralın 23-də 2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib. Fransanın Nitsa şəhərindəki "Akropolis" sarayında nəticələr məlum olub. Komandaların adları yazılmış şarları bu dəfə ayrı-ayrı dövrlərin məşhur qapıçıları çıxarıblar. Onların arasında Renat Dasayev, Jan Mare Pfaff, Dino Zoff, Peter Şmeyxel, Andreas Köpke və digərləri olub.  2016-cı il iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaq 53 komanda 6 səbətə bölünüb. Səbətlərin tərkibi yığmaların UEFA reytinqinə əsasən müəyyənləşdirilib.  Bu dəfə yarışlarda debütant da iştirak edəcək. Bu Cəbəllütariq millisidir. Azərbaycan yığması 5-ci səbətdə yer alıb. 

A qrupu

Hollandiya, Qazaxıstan, İslandiya, Latviya, Türkiyə, Çexiya

B qrupu

Bosniya və Hersoqovina, Andorra,  Kipr, Uels,  İzrail, Belçika

C qrupu

İspaniya, Lüksemburq, Makedoniya, Belarus, Slovakiya, Ukrayna

D qrupu

Almaniya, Cəbəllütariq, Gürcüstan, Şotlandiya, Polşa, İrlandiya

E qrupu

İngiltərə,  San-Marino, Litva, Estoniya, Sloveniya, İsveçrə

F qrupu

Yunanıstan, Farer adaları, Şimali İrlandiya, Finlandiya, Rumıniya, Macarıstan

G qrupu

Rusiya, Lixtenşteyn, Moldova, Çernoqoriya, Avstriya, İsveç

H qrupu

İtaliya, Malta, Azərbaycan, Bolqarıstan, Norveç, Xorvatiya

İ qrupu

Portuqaliya, Albaniya, Ermənistan, Serbiya, Danimarka

   

Qeyd edək ki, növbəti Avropa çempionatı Fransada keçiriləcək və buna görə də adı çəkilən ölkənin milli komandası təşkilatçı kimi qrup oyunlarına qatılmır. Ölkələr arasında müharibə vəziyyəti ilə əlaqədar diplomatik gərginlik səbəbi ilə seçmə mərhələdə İspaniya ilə Cəbəllütariq, Rusiya ilə Gürcüstan, Azərbaycanla isə Ermənistan eyni qrupda yer ala bilməzlər.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə