Ukraynada daha 3 nazir vəzifəsindən uzaqlaşdırıldı

Ukrayna Ali Radası Leonid Kojaranın xarici işlər naziri vəzifəsindən kənarlaşdırılması barədə qanun qəbul edib. Qanun layihəsinin lehinə 237 deputat səs verib. Həmçinin Ali Rada 335 deputatdan 287-nin lehinə səs verməsi ilə səhiyyə naziri Raisa Boqatıryevanı da işdən azad edib. Təhsil naziri Dmitri Tabaçnik də vəzifəsi ilə vidalaşıb. Parlamentin spikeri, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Ali Radanın iclasını qapalı elan edib. Şuranın qərarından sonra həftənin birinci günündən parlament plenar rejimdə fəaliyyətini davam etdirəcək.

 

Müəllif | Apa.Tv