Ali Rada "Dövlət dili haqqında" qanun layihəsinin fəaliyyətini dayandırdı

Ukrayna Ali Radası dövlət dili siyasəti haqqında qanunun fəaliyyətini dayandırıb. Sözü gedən qanunun lehinə 232 deputat səs verib. Ölkədə dövlət dili rəsmən Ukrayna dilidir. Bundan əvvəl isə Ukraynanın 27 əyalətindən 13-də rus dili də dövlət dili kimi qəbul edilmişdi. "Azadlıq" partiyasının lideri Oleq Tyaqbinok bildirib ki, bu qərar bundan əvvəlki qanunun qəbul edilməsi zamanı yol verilmiş kobud səhvlərə düzəlişdir. Siyasətçi deyib ki, deputatlar milli azlıqların nümayəndələri ilə bərabər yeni dil haqqında qanun üzərində də iş aparacaqlar. Bu isə həmin azlıqların da öz dillərini inkişaf etdirməyə, Ukrayna ərazisində yaşayan etniklərin haqlarının qorunmasına və tolerantlığın inkişafına dəstək olacaq.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə