Ukraynada TİMOŞENKONUN ƏLEYHİNƏ AKSİYA KEÇİRİLDİ

Kiyevdə həbsdən buraxılan siyasi lider Yuliya Timoşenko əleyhinə etiraz aksiyası keçirilib. Ali Radanın qarşısında toplanan bir qrup etirazçı artıq siyasətdə yeni simalar görmək istədiklərini deyərək keçmiş baş nazirin siyasi arenadan uzaq olmasını tələb ediblər.

 

Etirazçılar quldurun başqa bir quldurla əvəz olunmasını istəmədiklərini deyiblər.

 

Həbsdən yeni çıxan Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko isə baş nazir olmaq istəmədiyini bildirib.

 

Timoşenko onun namizədliyinin irəli sürülməməsi üçün bəyanat hazırlayacağını deyib.

 

APA TV xəbər verir ki, Yanukoviçin vəzifəsindən uzaqlaşdırılmasından sonra prezidentin səlahiyyətlərini müvəqqəti olaraq Ali Radanın sədri Aleksandr Turçinov icra edir.

 

Müəllif | Apa.Tv