21 yaşlı oğlan oğurluğa görə tutuldu

Oğurluq faktının törədilməsində şübhəli bilinən Lənkəran rayon sakini isti izlərlə yaxalanıb. APA TV-nin cənub bürosunun məlumatına görə,  rayon sakini Gülverdi Atakişi oğlu Qasımov ərizə ilə Lənkəran Şəhər Polis Şöbəsinə (ŞPŞ) müraciət edərək ona məxsus olan fərdi yaşayış evindən 1 ədəd kompüterin, 2 ədəd gümüş üzüyün, 1 ədəd boyunbağının, 1 ədəd internet modem aparatının və 1000 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını göstərib.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları oğurluq faktının üstünü isti izlərlə açmağa müvəffəq olublar. Müəyyən edilib ki, Gülverdi Qasımovun evini qarət edən Lənkəran rayon sakini, 21 yaşlı Azər Mahir oğlu Canızadədir.

 

Azər Canızadə evində saxladığı maddi sübutla yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

 

Faktla bağlı Lənkəran RPŞ-də Cinayət Məcəlləsinin oğurluq maddəsi cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv