Lənkəranda narkoman həbs edildi
Lənkəran rayon sakini narkotik vasitə olan tiryəklə yaxalanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Alim Saleh oğlu Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən cibindən 3 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.
Alim Abdullayev istintaqa verdiyi ifadəsində tiryəki şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.