Sərhədçilər and içdilər

Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərindəki “N” saylı hərbi hissəsində gənc əsgərlərin and içmə mərasimi keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, andiçmə mərasimi hərbi hissə komandiri, polkovnik Mehman Yusifovun gənc əsgərləri salamlaması ilə başlayıb. Daha sonra DSX- nin  şəxsi heyət üzrə baş idarənin rəisi, general-mayor Azad Ələkbərov  sərhədlərimizin gənc qoruyucularına çətin və şərəfli işlərində uğurlar arzulayıb. Mərasimində gənc əsgərlərin  valideynləri övladlarına vətənin sərhədlərini göz bəbəyi kimi qorumağı tövsiyə ediblər.

 

DSX-nin rəisi, general-leytnanat  Elçin Quliyevin təbrik teleqramı oxunduqdan sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Daha sonra gənc əsgərlər Vətənə sədaqət andını qəbul ediblər.

 

Tədbirin sonunda şəxsi heyət nizamlı addımlarla tribuna önündən keçib.

 

Müəllif | Apa.Tv