Heydər Əliyev prospektində "Prado"yla "Jiquli" toqquşdu, yol bağlandı
Heydər Əliyev prospektində avtomobil qəzası baş verib. Nizami rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, "Toyota Prado" markalı avtomobil "VAZ 21 099" markalı maşınla toqquşub, prospektdə uzun tıxac yaranıb.
Qəza nəticəsində xəsarət alan "VAZ 21 099"-un sürücüsü xəstəxanaya çatdırılıb. "Prado"nun sürücüsü isə xəsarətsiz ötüşüb. Hər iki avtomobil əzilib. Hadisənin hansı sürücünün günahı ucbatından baş verdiyi araşdırmalardan sonra bilinəcək.