Araz Əzimov: "Həmsədrlərin fəaliyyətini "twitter"dən izləyirik"

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesində dinamika yoxdur".

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Onun sözlərinə görə, söhbət ilk olaraq qarşı tərəfin həqiqətən problemin həllinə hazır olub-olmamasından getməlidir: "Müzakirə prosesi adlandırılan və ayrı-ayrı görüşlərdən ibarət proses hələ ki, nəticə vermir. Münaqişənin həllinə dair şərait əmələ gəlməkdədir. Yəqin Ermənistan bu şəraitdə çıxılmaz vəziyyətdə qalaraq öz mövqeyini dəyişdirməli olacaq".

 

Araz Əzimovun sözlərinə görə, gedən proseslər buna işarə edir ki, Ermənistanın qabağında şanslar daralır və vaxt heç bir halda onun xeyrinə işləmir. Azərbaycan isə prinsipial mövqeyində qalmaqdadır.

 

Minsk qrupu həmsədrlərinin fəaliyyətinə gəlincə, nazir müavini maraqlı cavab verib: "Artıq onların fəaliyyətini "twitter"dən izləməliyik".

 

Nazir müavini iki ölkə prezidentlərinin görüşü ilə bağlı heç bir yeniliyin olmadığını qeyd edib.

 

Müəllif | Apa.Tv