YANUKOVİÇ HAQQINDA AXTARIŞ ELAN OLUNDU!

Viktor Yanukoviç və bir neçə vəzifəli şəxs haqqında axtarış elan olunub. Bundan başqa, Ukraynada dinc sakinlərin kütləvi şəkildə qətlə yetirilməsi maddəsi ilə cinayət işi başlanıb. APA TV-nin xəbərinə görə, bu barədə Ukrayna daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov “Facebook” səhifəsində yazdığı statusda bildirib: “Ukrayna xalqına məruzə edirəm, Yanukoviç yoxa çıxıb. Bütün gecəni Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko ilə birlikdə Sevastopolda vəziyyəti tənzimləmək və sabiq dövlət başçısının axtarışı ilə məşğul olmuşuq”.

 

Daxili işlər naziri Viktor Yanukovişin dünən Krıma gəldiyini deyib: “Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Turçinovun son qərarlarından sonra Yanukoviç mühafizəsini toplayaraq onlardan soruşub: “Kim mənimlə getmək istəyir?” Mühafizəçilərin bir qismi ölkədə qalmaq istədiklərini deyiblər. Yanukoviç onlarla vidalaşıb və dövlət mühafizəsindən imtina etdiyi barədə ərzi əyazaraq naməlum istiqamətdə hərəkət edib. Hazırda onun yeri məlum deyil”.

 

Müəllif | Apa.Tv
Apa.tv