Araz Əzimov: "Ukraynanın ərazi bütövlüyü və stabilliyi vacibdir"

"Biz Ukraynada gedən prosesləri bilavasitə izləyirik və gündən-günə formalaşan siyasi mühüti təhlil edə bilirik".

APA TV-nin xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O, bu hadisələrlə bağlı Azərbaycanın mövqeyini də ifadə edib: "Azərbaycan əlbəttə ki, Ukraynanın dost ölkəsidir, bu ölkə ilə bizim strateji tərəfdaşlığımız var. Azərbaycanın ərazi bütövlüyü və stabilliyi bizim üçün nə qədər vacib və prinsipialdırsa, eləcə də Ukraynanın ərazi bütövlüyü və stabilliyi vacibdir. Ukraynanın stabilliyinə birbaşa Mərkəzi Avropanın stabiliyinə təsiredici faktor kimi baxılmalıdır".

 

Nazir müavininin fikrincə, hazırkı mərhələdə Ukraynada stabilliyə qədər bir məsafə var. Onun sözlərinə görə, prezident Viktor Yanukoviçi parlament vəzifəsindən kənarlaşdırdı, Ali Radanın sədri Aleksandr Turçinovun hazırda onun səlahiyyətlərini icra edir. BUna baxmayaraq, Kiyevdə iğtişaşlar səngiməyib. Araz Əzimov Avropa İttifaqına üzv ölkələrin Ukraynadakı hadisələrdə maraqlı tərəf kimi çıxış etdiyini diqqətə çatdırıb: "Onların nazirləri, nümayəndələri dəfələrlə Ukraynaya gəlib, vasitəçilik etməyə çalışıblar. Yaxud meydanda yığılan müxalifətçilərə ürək-dirək verməyə çalışıblar. ABŞ dövlərt katibinin köməkçisi Viktoriya Nulnad, Aİ-nin ali nümayəndəsi Ketrin Eşton dəfələrlə orda olublar. Bu insanlar əlbəttə ki, qonaq deyillər. Onlar böyük siyasi təsir, qüdrət və gücə malik olan dövlətləri təmsil edirlər. Əlbəttə ki, onların səfərləri, Kiyevdəki fəaliyyətləri hadisələrə təsir etməyə bilməz".

 

Araz Əzimpov postsovet ölkəsi Ukraynada baş verən bu hadisələrin Ukrayna xalqının maraqlarına xidmət etmədiyini vurğulayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv