Xaçmazda mağazadan 22 telefon oğurlandı
Xaçmaz rayonunda oğurluq olub. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini İntiqam Bayramova məxsus telefon mağazasından müxtəlif markalı 22 telefon və 870 manat pul oğurlanıb. Mağaza sahibi deyir ki, ümumilikdə ona 2000 manat dəyərində ziyan dəyib. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.