Ziyafət Əsgərov: "MİNSK QRUPU "ÖLÜ QRUP"DUR"

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti səmərə vermir. Biz 20 il də gözləməliyik ki, problem nə vaxt həll olunacaq? Bu qrup “ölü qrup”dur"

APA TV-nin xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının Xocalı soyqırımının ildönümü ilə bağlı təşkil etdiyi tədbirdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli prosesinin yaxınlaşması Azərbaycan gücündən asılıdır.

 

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, Xocalı soyqırımı son illərdə həm dövlət qurumları, parlament, həm də QHT-lər tərəfindən müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda qaldırılır və müvafiq qərarlar qəbul olunur: "Bu tədbirin əsas məqsədi baş vermiş bu insanlığıa qarşı cinayətə, bəşəriyyətə qarşı cinayətə öz etiraz səsimizi ucaltmaqdır. Bu soyqırımının, bu etnik təmizləmənin törədicilərinə, onu reallaşdıranlara münasibətini fadə etmək, xocalıya ədalət kompaniyasına çağırışdır".

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bəyan edib ki, Xocalı faciəsini törətmiş şəxslər ədalət məhkəməsi qarşısına çıxarılmalıdır. Tədbirdə çıxış edənlər Xocalı soyqırımına beynəlxalq səviyyədə qiymət verilməsinin vacibliyini vurğulayıblar.

 

Müəllif | Apa.Tv