Əli Həsənov: "Məcbur edirlər ki, açıb danışaq..."

"Ermənistanın Azərbaycana qarşı vurduğu ziyan artıq 300 milyard dolları ötüb".

APA TV-nin xəbərinə görə, bbaş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sözlərinə görə, qiymətləndirmə başa çatandan sonra Azərbaycan bu ziyanın ödənilməsini tələb edəcək: "Bunu necə ödəyəcəklər, hələ sual altındadır. Bunlar nə düşünürlər, hələ bilmirik. Bunların illik büdcəsi 3 mlrd dollardır. Bu 300 mlrd necə ödəyəcəklər?!"

 

Xocalı soyqırımının təsadüfi olmadığını deyən baş nazirin müavini vurğulayıb ki, 100 il əvvəl törədilən cinayətlər metodları Xocalıda da təkrarlanıb.

 

Baş nazirin müavini ATƏT-in Minsk qrupunun fəaliyyətini də ciddi tənqid edib: "Bizə hər il deyirlər ki, bu il və ya gələn il belə olacaq. Azərbaycan xalqının hüququ yoxdur? Nə üçün elə bir rejimi dəstəkləyirlər? Nədir səbəbi? Açıq desinlər bizə. Məcbur edirlər, biz özümüz açıb danışaq. Eyni zamanda hesab etməsinlər ki, Azərbaycan xalqının səbri tükənməzdir".

 

 

Əli Həsənov Azərbaycan ordusunun qüdrətli olduğunu, nəinki işğal edilən torpaqları, 100 il əvvəl zəbt edilən Zəngəzur və Göyçəni də azad etməyə qadir olduğunu bəyan edib.

Müəllif | Apa.Tv