DSK: Ötən il ölkə iqtisadiyyatına 22 milyard manat investisiya qoyulub
2013-cü ildə ümümudaxili məhsul istehsalı ötən illə müqayisədə 5,8 faiz artaraq, 57,7 milyard manata çatıb. APA TV-nin xəbərinə görə, Dövlət Statistika Komitəsinin məlumatların yayılması şöbəsinin müdürü Meri Əmirova deyib ki, ötən il ölkədə 471 min yeni, o cümlədən 358.2 min daimi iş yeri açılıb: "Ölkə iqtisadiyyatına bütün mənbələr üzrə 22 milyard manat investisiya yönəldilib. Bu da 2012-ci illə müqayisədə 8.7 faiz çoxdur".
Onun sözlərinə görə, 2013-cü ildə “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 59 milyon ton və ya əvvəlki illə müqayisədə 3,8 faiz çox yük, 285,2 milyon nəfər və ya 9,3 faiz çox sərnişin daşınıb.
2013-cü ildə isehlak mallarının qiymətləri və xidmət tarifləri 2,4 faiz , o cümlədən ərzaq məhsullarının qiymətləri 2,2 faiz , qeyri-ərzaq mallarının qiymətləri 0,8 faiz, xidmət tarifləri 3,5 faiz bahalaşıb.
Hazırda ölkə əhalisinin sayı 9477,1 min nəfərdir.