Yeniyetmələr oğurladıqları maşını yolda atıb qaçdılar
Binəqədi rayon Polis İdarəsinin əməkdaşları 5 yeniyetməni saxlayıb. APA TV-nin xəbərinə görə, onlar "VAZ" markalı avtomobili oğurlamaqda təqsirli bilinirlər. Axşam məhəllədə yığışan yeniyetmələr maşını qacırıb, özlərinin dediyi kimi bir-iki dairə vurmağı qərara alıblar. Bundan xəbər tutan avtomobilin sahibi dərhal 102 xidmətinə zəng edib. Benzin qurtardığından 9 mkr. ərazisində maşını atıb gediblər.
Saxlanılan Həsən Abışov, Sərvər Həsənov, Gəncəli Baxşəliyev, Elgün Musayev, Samir Cəfərov maşını oğurluq niyyəti ilə deyil, sürmək üçün qaçırdıqlarını deyiblər. İdarədən isə bildirilib ki, faktla bağlı araşdırma aparılır.