Misir hökuməti tam tərkibdə istefa verdi
Misir hökuməti tam tərkibdə istefaya gedib. Qərar ölkənin Nazirlər Kabinetinin keçirdiyi məsləhətləşmələrdən sonra verilib. Yerli KİV-lər məsləhətləşmələrin cəmi 15 dəqiqə çəkdiyi barədə xəbər verirlər. Xatırladaq ki, hazırki hökumət ötən ilin iyunundan, eks-prezident Məhəmməd Mursi devrildikdən sonra fəaliyyətdə olub.
Keçmiş baş nazir Xazem Bəbləvi kabinetin istefaya getməsi ilə bağlı heç bir açıqlama verməyib. Yeni hökumətin formalaşdırılmasının keçmiş tikinti naziri İbrahim Məxləbə həvalə edilməsi isə təsdiqlənib.