İmişlidə iki maşın toqquşdu

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. APA TV-nin xəbərinə görə, Fərid Abbasova məxsus "Mercedes" markalı avtomobillə Tarix Əliyevin idarə etdiyi "QAZ 24" markalı minik maşını toqquşub. Nəticədə "QAZ 24"-ün sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli rayon mərkəzi xəstəxanasına çatdırılan yaralının vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Avtomobillər isə deformasiyaya məruz qalaraq, yarasız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı