“VAZ 21015” “Ford”un altında qaldı
Gəncə-Göygöl yolunda yol-nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Ramil Məmmədovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə, Göygöl rayon sakini, 1987-ci il təvəllüdlü Eldəniz Rəhimovun idarə etdiyi “VAZ 21015” markalı avtomobil toqquşub.
Qəza nəticəsində Eldəniz Rəhimov ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Travmotoloq Məharət Kərimov deyib ki, onun vəziyyəti orta-ağırdır.
İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürətlə hərəkət edən “VAZ 21015” markalı avtomobilin ”Ford”un qarşısına çıxması olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.