Əlibəy Hüseynzadə doğulduğu Salyan rayonunda anıldı
Əlibəy Hüseynzadə – böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi. XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri. O, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, bu sahələrin hər birində özünəməxsus iz qoyub. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olub. Bu gün ədibin doğulduğu Salyan rayonunda onu xatirəsi anılıb.
APA TV-nin xəbərinə görə, Əlibəy Hüseynzadə adına tarix diyarşünaslıq muzeyində Salyan rayon ictimaiyyətinin nümayəndələri görkəmli mütəfəkkir,ictimai xadim Əlibəy Hüseynzadənin ömür yolunu anıblar.
Bildirilib ki, Əlibəy Hüseynzadə özünün böyük fəaliyyətinin bir hissəsini məhz İstanbul Universitetinə bağlayıb. Burada milli düşüncəli və savadlı aydınların yetişməsində misilsiz xidmətlər göstərib.