ƏRDOĞANIN OĞLU İLƏ GİZLİ TELEFON DANIŞIĞI - AUDİO YAZI
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğluyla danışdığı iddia olunan audio-yazı yayılıb. Danışıq "rüşvət əməliyyatları" keçirilən gün - ötən il dekabrın 17-də olubb. Türkiyədəki korrupsiya əməliyyatında bəzi nazirlərin oğulları həbs ediləndə Erdoğan oğluna zəng edib, pulları gizlətməyi tapşırır. Dialoqda bu danışıqlar yer alıb.
APA TV-nin xəbərinə görə, söhbətin bir hissəsi belədir:
- Səhər-səhər əməliyyat keçirdilər. Bu Ali Ağaoğlu, Rza Zərrab, bizim Ərdoğanın oğlu, Zəfərin oğlu, Müəmmərin oğlu tutuldu. Evlərində yoxlama aparırlar. Evində nə var, nə yox, hamısını çıxar.
- Nə ola bilər ata, sənin pullarındır.
- Qardaşını göndərirəm, onunla danış, əminlə danış. Bir şeylər elə.
Dördüncü telefon danışığında Ərdoğanın oğlu atasına bildirir ki, 30 milyon avro qalıb. Onu gizlədə bilməyiblər.
Audio-yazı yayılandan sonra Nazirlər Kabinetində toplantı keçirilib. Daha sonra yayılan açıqlamada audio-yazının montaj olduğu qeyd olunub. Bunu edənlərin cəzalanacağı bildirilib. Eyni zamanda CHP və MHP də toplantı keçirib. Hər iki partiya səs yazısının real olduöunu bəyan edib. CHP hökumətin istefa verməsi qərarını qəbul edib. Partiyanın sözçüsü Haluk Koç bildirib ki, artıq Türkiyə Cümhuriyyətini bu cür kirli münasibətləri olan şəxslər idarə edə bilməz.