Türkiyə səfiri: "Azərbaycanla keçirilən hərbi təlimlər planlı təlimlərdir"

"Türkiyə və Azərbaycan bölgədə güclü sabitliyin qurulması istiqamətində birgə çalışmağa davam edəcək".

APA TV-nin xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfir İsmayıl Alper Coşqun bu yaxınlarda Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən birgə təlimləri şərh edərkən belə deyib. O, iki ölkə arasında müdafiə sənayesi sahəsində güclü əməkdaşlığın olduğunu diqqətə çatıdırıb: "Türkiyə güclü müdafiə sənayesinin, Azərbaycan isə güclü ordusunun qurulmasında israrlıdır. Keçirilən təlimlər planlı təlimlərdir. Türkiyə və Azərbaycan təcrübəsinin birləşdirilməsi, Türkiyə və Azərbaycan ordularının bir-birinə daha da yaxşılaşdırılması nöqteyi-nəzərindən vacibdir, bu cür fəaliyyətlər kifayət qədər faydalıdır".

 

Səfir gələn ay Türkiyə müdafiə sənayesinin müşavirinin Azərbaycana səfər edəcəyini qeyd edib.

Türkiyənin Azərbaycandakı səfirliyində 26 fevral Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən səfir İsmayıl Alper Coşkun soyqırımın törədilməsinə baxmayaraq, bunun dünya ictimaiyyətinə kifayət qədər çatdırılmadığını qeyd edib. O, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb.

 

Müəllif | Apa.Tv