Rayonlara QAR YAĞACAQ

Fevral ayının 26-da gündüz Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir.

Bunu APA TV-yə ETSN-nin Hidrometeoroloji Proqnozla Bürosunun baş hidrtoloqu Asif Verdiyev deyib: "Ayın 27-də isə arabir yağıntılı olacağı  gözlənilir. Temperatur rejimində elə bir dəyişiklik gözlənilmir. Gündüz saatlarında havanın temperaturu 8-dək isti gözlənilir. Eyni zamanda mülayim cənub və şərq küləyi əsəcək".

 

Bölgələrdə isə ayın 26-da gündüz əsasən, yağmursuz olacağı, axşam şimal və qərb rayonlarından başlayaraq, hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir: "Havanın temperaturu Aran rayonlarında gündüz saatlarında 5-10 dərəcə isti, dağlıq rayonlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir".

 

Yaxin iki gündə meteroloji amillərin zəif və mülayim tərəddüdləri gözlənilir ki, bu da əksər metohəssas insanlar üçün əleverişli olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv