Aureliya Qriqoriu: “Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunal yaradılmalıdır”

“Xocalıda soyqırım törədənləri cinayət məsuliyyətinə cəlb etmək üçün xüsusi tribunal yaradılmasının vaxtı çatıb”.

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Ombudsman Aparatında Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Moldovanın parlament ombudsmanı Aureliya Qriqoriu deyib.

 

Aureliya  Qriqoriu bildirib ki, tribunal Yuqoslaviyadakı soyqırımla bağlı yaradılmış tribunala bərabər bir orqan olmalıdır: sitat “Hələ şahidlər sağ və faktlar ortadaykən Azərbaycan belə bir tribunalın yaradılması təşəbbüsü ilə çıxış etməlidir. Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Serj Sarkisyan bu əməli ilə qürrələnir, internetdə etirafları var, onu cinayət məsuliyyətinə cəlb etmək lazımdır".

 

Moldovanın parlament ombudsmanı soyqırımın öyrənilməsi üzrə Qubada tədbir keçirilməsi təklifi ilə çıxış edib. Bildirib ki, ekspertlər və hüquq müdafiəçiləri orada iştirak etməli, hər kəs ermənilərin 1905-ci ildən başlayaraq, Azərbaycanda törətdiklərini  bilməlidir.

Müəllif | Apa.Tv