Dünyada hər il 1 milyon körpə doğulduğu gün ölür

Dünyada hər il 1 milyon körpə doğulduğu gün ölür. Beynəlxalq humanitar yardım təşkilatı "Save the Children"ın yaydığı məlumatına görə, eyni sayda körpə isə ölü doğulur.

Hesabatda hər il 40 milyon qadının professional kömək almadan doğuşa girdiyi bildirilir.

Ən dəhşətli faktlar Afrika və Yaxın Şərqdə, Efiopiyada qeydə alınıb. Bu coğrafi məkanlarda doğuşların yüzdə 90-ı doğum evlərindən kənarda olur.

Təkcə Cənubi Sudanda ölü doğulan, doğuş zamanı ölən və ya doğulanadn sonra cəmi 24 saat ərzində tələf olanların sayı 5 min nəfər təşkil edir.

 

Müəllif | Apa.Tv
Apa.tv