Siyavuş Novruzov: "Xocalı tək iqtidarın faciəsi deyil"
Xocalı soyqırımı parlamentin iclasında əsas müzakirə mövzusu olub. APA TV-nin xəbərinə görə, faciə barədə fikirlərini bölüşən spiker Oqtay Əsədov qeyd edib ki,bu, bəşəriyyətdə insanlığa qarşı törədilən ən böyük cinayətlərindən biridir. Millət vəkili Qüdrət Həsənquliyev isə ötən 22 ildə bu qətliamı törədənlərin cəzalandırılmasına nail ola bilmədiyimizdən təəssüflənib: "Azərbaycanın hüquq mühafizə orqanları necə ki, başqa ölkələrin ABŞ, İsrailin təcrübəsində var. Onlar öz dövlətlərini maraqlarına toxunan ayrı-ayrı cinayətkarların dünyanın harasında olmasından asılı olmayaraq təqib edirlər. Ədalət mühakiməsi qarşısına çıxarırlar. buna nail ola bilmədikdə isə həmin şəxsləri zərərsizləşdirirlər. Hesab edirəm Azərbaycanın bu gücə imkanı var, sadəcə qətiyyətli mövqe tutmağa ehtiyac var".
Millət vəkili Fazil Mustafa isə bildirib ki, Xocalı soyqırımı ilə bağlı Azərbaycanın əlində kifayət qədər fakt var və onu sübut etmək şansı böyükdür.
Deputat Siyavuş Novruzov bildirib ki, bu gün Ermənistan rəhbərliyində təmsil olunanlar Xocalı faciəsinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar: "Xocalıda baş verən hadisələrin iki əsas motivi var. Birinci -ermənilərin illər boyu Azərbaycan, türk soyuna qarşı apardığı cinayət. İkincisi azərbaycanlıların gözünü qorxutmaqla digər əraziləri işğal etməkdir".
Deputat əlavə edib ki, Xocalı tək iqtidarın faciəsi deyil. Siyasi baxışlarından asılı olmayaraq, hamı zərbəni bir yerə vurmalıdır.