Tovuzda partlayış: ƏR-ARVAD YARALANDI

Tovuzda yaşayış evində partlayış olub. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Tovuz rayonunun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini Şirxan Sərhədovun evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə Şirxan Sərhədov və arvadı Gültəkin xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli