Yanukoviç və sabiq baş prokuror rəsmi şəkildə axtarışa verildi

Ukrayna Ali Radasında müvəqqəti prezident Aleksandr Turçinovun rəhbərliyi ilk iclas keçirilib.

 

Ukrayna iqtisadiyyatının ən ağır vaxtında, ölkənin keçmiş rəsmi şəxslərinin evlərinə fəalların hücumları isə davam edir. Yanukoviçin yaxın silahdaşı olan keçmiş baş prokuror Pşonkanın mülkündən bahalı rəsm əsərləri və qızıl əşyalar çıxıb.

 

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç isə qəsdən adam öldürmə maddəsi ilə rəsmi şəkildə axtarışa verilib.

 

APA TV-nin xəbərinə görə, Kiyevin Peçersk rayon məhkəməsi V.Yanukoviçin həbs edilməsi ilə bağlı qərar qəbul edib. Yanukoviç kütləvi şəkildə insanları oldürməkdə təqsirləndirilir. Sabiq prezidentlə birgə sabiq baş prokuror Viktor Pşonkan da axtarışa verib. O, 50 nəfəri öldürməkdə ittiham edilir. 

 

Müəllif | Apa.Tv