"KİA" işıq dirəyinə çırpııdı, PROSPEKT BAĞLANDI
Bakının Xətai rayonu, Fəhlə prospektində sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, prospektlə hərəkət edən "KİA Cerato" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını işıq dirəyinə çırpıb. Nəticədə sürücü xəsarət alıb. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəlib.
Xəsarət alan sürücü təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Qəza ilə əlaqədar prospektdə tıxac yaranıb. Hadisə iştirakçısı avtomaşın evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırıldıqdan sonra prospektə nəqliyyatın hərəkəti normala qayıdıb. Yolu açmaq üçün əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.