Bakıda boru partladı, küçəni su basdı
"Elmlər Akademiyası" metro stansiyasının çıxışında, Hüseyn Cavid prospektindən keçən su borusu partlayıb. APA TV-nin xəbərinə görə, borunun partlaması nəticəsində sözügedən küçəni su basıb. Yolun ortasında açılmış çuxur nəqliyyatın hərəkətiniçətinləşdirib. Hadisə yerinə “Azərsu”nun Qəza Xidmətinin və Yasamal Su Kanal İdarəsinin əməkdaşları gəliblər.
Yasamal Su Kanal İdarəsinin Su Şəbəkələrinin İstismarı şöbəsinin əməkdaşı Saqət İbrahimovun APA TV-yə verdiyi məlumata görə, qəzaya səbəb su boruların istismar müddətini başa vurmasıdır.
Qeyd edək ki, su borusunun partlaması nəticəsində yola da ciddi ziyan dəyib. Dağılan 11 kvadrat metr asfalt örtüyü “Azəryolservis”in Yolların Mühafizə Xidmətinin əməkdaşları tərəfindən təmir olunub.