Radikal islamçılar 40 məktəblini öldürüb yandırdılar
Nigeriyada silahlı şəxslər tərəfindən onlarla şagird öldürülüb. "Reuters"in xəbərinə görə, bu barədə Nigeriya ordusu məlumat verib. Ordu rəsmiləri ölkənin şimal-şərqində yerləşən məktəbə edilən hücumu islamçı "Boko Haram" qruplaşmasının törətdiyini bildirir. Şagirdlərin hamısı oğlan olub. Onlardan bəziləri öldürülüb, cəsədləri yandırılıb. Yobe vilayətində baş verən hücumda şagirdlərin bəziləri güllələnib, bir neçəsinin boğazı kəsilib.
Hücum səhər tezdən təşkil olunub. 40-dan çox məktəblinin öldürüldüyü bildirilir. APA TV-nin xəbərinə görə səlahiyyətli şəxslər isə xəstəxanaya 29 cəsədin gətirildiyini qeyd edib.
Nigeriyada məktəblərə hücumların tez-tez olduğu bildirilir.