Qubada ağır qəza: 4 yaralı

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin verdiyi məlumata görə, Ağdam rayon sakini, 1985-ci il təvəllüdlü Elçin Cavadovun idarə etdiyi 10 KJ 611 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobil qarşıdan gələn Quba rayon sakini, 1974-cü il təvəllüdlü Elçin Sultanovun idarə etdiyi 10 EJ 454 dövlət nömrə nişanlı “VAZ 21 09” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə hər iki sürücü və sərnişinlər - Beyləqan rayon sakini, 1980-cı il təvəllüdlü Vüsal Rüstəmov, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Anar Məhərrəmov müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qəzanın baş vermə səbəblərini ı Quba rayon Polis Şöbəsinin istintaq bölməsi araşdırır.

Müəllif | Apa.Tv
Vəli Turan