ABŞ səfirindən XOCALI BƏYANATI

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar  Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb. APA TV-nin xəbərinə görə, səfirliyin "Facebook" sosial şəbəkədəki rəsmi səhifəsində yayılan bəyanatda deyilir ki, ABŞ Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayır: "İstənilən insan itkisi faciədir və Ermənistanla Azərbaycan arasında müharibədə hər iki tərəfdə baş vermiş insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır. Yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər ”.

Səfir qeyd edib ki, ABŞ Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işləməyə sadiqdir.

Müəllif | Apa.Tv