İranda Allahla savaşmaqda təqsirləndirilən 5 nəfər asıldı
İranda 5 nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, məhbuslar Allaha qaşı müharibə aparmaq və qətldə günahlandırılaraq dara çəkiliblər.
Əlborz vilayətində 3 nəfər edam edilib. Allaha qarşı müharibə aparmaqda ittiham edilərək dara çəkilmiş məhbusların ad və soyadları açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 25-də səhər saatlarında Kərəc şəhərinin İslamabad rayonunun Zurabad kəndində əhalinin gözü qarşısında icra edilib. Onların dəqiq ittihamları və hansı yaşda olduqları barədə məlumat verilməyib. Həmid Yusifi və Ərsalan Qasımi adlı şəxslərin dara çəkilmiş məhbuslar arasında olduğu ehtimal edilir.
Bundan əlavə, İranın Simnan vilayətində 2 nəfər edam edilib. Məhbuslar qətldə günahlandırılaraq dara çəkilib. Onların ad və soyadlarının yalnız baş hərfləri qeyd edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra Simnan şəhərinin mərkəzi həbsxanasında icra edilib.