Qəbələdə zəlzələ oldu

Fevralın 26-da saat 11:28-də Qəbələdə 3 bal gücündə zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Qəbələdən 11 km şimal-şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.  Tikililərdə dağıntı yoxdur.

 

Qeyd edək ki, fevralın 10-da Şamaxı rayonunda da zəlzələ baş verib. Zəlzələnin gücü 5,8 bal olub. Güclü təkanlar Ağsu, Qobustan, İsmayıllı və digər ətraf rayonlarda,eləcə də paytaxt Bakıda hiss edilib.

Müəllif | Apa.Tv