Bakı Yükdaşıma Nəqliyyatı İdarəsində yanğın

Binəqədi rayonunun Dərnəgül qəsəbəsində yerləşən Bakı Yükdaşıma Nəqliyyatı İdarəsinin ərazisində yanğın olub. Heydər Hüseynov küçəsi 30/95 ünvanında yanğın ustaların sexdə olduğu zaman baş verib. Ustalar özləri alovun qarşısını almağa çalışsalar da, buna nail olmayıblar. APA TV-nin xəbərinə görə, FHN-in "112 qaynar xəttinə" zəng edilib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun böyüməsinin qarşısını ala biliblər. İlkin məlumata görə, sexin dam örtüyü 20 kvadratmetr sahədə yanıb. Hadisənin qısaqapanmadan baş verdiyi ehtimal olunur. Yanğınsöndürənlər yanğını söndürüblər. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Müəllif | Apa.Tv