İki hərbçimiz MAŞINDA DİRİ-DİRİ YANARAQ ÖLÜB
Tovuz rayonunda ağır yol qəzası baş verib. Nəticədə iki hərbçi yanaraq, ölüb. APA TV-nin qərb bürosunun məlumatına görə, “Ford” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşması nəticəsində “Mercedes”in sürücüsü, N saylı hərbi hissənin zabiti, İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Nəzərov Elçin Tağı oğlu və sərnişin, həmin hərbi hissədə müddətdən artıq hərbi xidmət edən Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 1983-cü il təvəllüdlü Zeynalov Elçin Zakir oğlu yanaraq ölüblər.
“Ford”un sürücüsü, Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü Məmmədov Saleh Əziz oğlu isə ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.