Salyanda narkotacirlər yaxalandı
Salyan rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir qrup şəxs saxlanılıb. APA TV xəbər verir ki, rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında şöbənin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. Salyan şəhər sakini Elçin Rəcəbov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zaman 1 qrama yaxın narkotik vasitə olan tiryək aşkarlanıb. Aparılmış digər əməliyyat tədbirləri nəticəsində Salyan şəhər sakini Ədalət Babayev də şübhəli şəxs qismində saxlanılaraq, şöbəyə gətirilib. Hər iki şəxs barəsində Salyan cinayət işi başlanıb, araşdırma aparılır.