Bakıda YENİ KƏSİLMİŞ İNSAN AYAĞI TAPILDI

Bakının Suraxanı rayonu ərazisində kəsilmiş insan ayağı tapılıb. APA TV-nin məlumatına görə, Neapol dairəsindən Qaraçuxur qəsəbəsinə gedən yolun yaxınlığında, "Kərpic zavodu" adlanan ərazidəki təpəlikdən yeni kəsilmiş insan ayağı aşkarlanıb. Dərhal hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gedib.

Bu barədə APA Tv-yə RPİ-nin 32-ci polis bölməsinin rəisi Həsən Abdullayev məlumat verib.

İlkin məlumata görə, orta yaşlı şəxsə məxsus olan insan ayağı hər hansı cinayətin qurbanına deyil, aşağı ətrafları amputasiya edilmiş şəxsə məxsusdur. Tapılmış ayağın üzərindəki qanqren əlamətləri əməliyyatçıları bu mülahizə üzərində də düşündürür. Tapılmış insan ayağı məhkəmə-tibbi ekspertizasına təhvil verilib. Aparılacaq tibbi ekspertizadan sonra müəyyən ediləcək göstəricilər əsasında ayağın kimə məxsus olması müəyyənləşəcək. Daha sonra isə hadisənin hansı şəraitdə, hansı səbəbdən baş verməsi və digər təfərrüatlar aydınlaşacaq.

Müəllif | Apa.Tv
Apa.tv