Cəmil Çİçək: "Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdır"

"Xocalı soyqırımında iştirak edən bütün canilər buna görə cavab verməlidir".

 

APA TV-nin məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Ankarada Xocalı şəhidlərinin xatirəsinə udaldılmış abidənin açılış mərasimində deyib. Türkiyə parlamentinin spikeri Bosniya soyqırımını, Karaciç və Miloşeviçin beynəlxalq tribunal qarşısında cavab verdiyini xatırladıb. O, qəhrəmanlarını və zəfərlərini xatırlamayan, acılarını ürəyində hiss etməyən cəmiyyətlərin, millətlərin gələcəyinin təhlükə altında olduğunu vurğulayıb.

 

Cəmil Çiçək Ermənistan prezidenti Serj Sarkisyana qarşı sərt ittihamlar səsləndirib, Xocalıda günahsız insanları məhz onun başçılıq etdiyi silahlı birləşmələrin qətlə yetirdiyini bəyan edib.

 

Cəmil Çiçək dünya dövlətlərini və beynəlxalq təşkilatları Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxmağa çağırıb. Onun sözlərinə görə, Qafqazda sülhün yaranmasının əsas şərti Ermənistanın öz sərhədlərinə çəkilməsidir.

Müəllif | Apa.Tv